SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Azərbaycanlı qan xeyriyyəçiləri Litvada qan verib

28 Noyabr 2018 [03:55]
"Qan Donorları Assosiasiyası" İctimai Birliyinin idarə heyəti və bir qrup qan donoru Litvanın Vilnüs şəhərində keçirilən "Donorların sağlam həyat tərzi" təlim layihəsində iştirak ediblər. 
 Layihə müddətində ölkəni təmsil edən heyət Litvanın Mərkəzi Qan Bankını ziyarət edib, orada həyata keçirilən qan donorluğu proqramları və prosesləri ilə yaxından tanış olublar. Səfərdə iştirak edən Azərbaycanlı qan xeyriyyəçiləri könüllü qan veriblər. Layihənin yekununda bütün iştirakçılar sertifikatlar ilə təltif olunublar.
 
Qeyd edək ki, Qan Donorları Assosiasiyası mütəmadi olaraq donorluq sahəsində beynəlxalq düşərgələr təşkil edir, insanların sağlam həyat tərzi keçirmələri istiqamətində maarifləndirilmələrinə dəstək olur.