SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Super VIP bank kartları

27 Noyabr 2018 [22:06]
Müasir dövrümüzdə bir çoxumuzun pul qabında plastik bank kartları var. Bəzi ölkələrdə belə kartlar vasitəsilə nəğdsiz ödəniş çox az yayılıb, bəzilərində isə bank kartlarıdan istifadə və onlar üzərində xidmət olduqca məşhurdur.
Lakin sərvətlərinin həcminə görə orta təbəqədən fərqlənən milyonçular adi bank kartı və ya bank xidmətlərindən istifadə etmirlər. Varlı insanlara düyanın bir çox ölkəsində xüsusi xidmətlər təklif edən banklar var. Həmin bankların müştərisi olmaq və sizi digərlərindən fərqləndirən VIP bank kartı əldə etmək üçün sərvətiniz milyonlarla dollar həcmində olmalıdır. 
Dünya üzrə 10 VIP bank kartları:

1)    "J.P. Morgan Palladium Card” 


25 milyon dollar sərvətiniz varsa "J.P. Morgan Palladium Card” əldə etməyə müraciət edə bilərsiniz. Ancaq nəzərə alin ki, onu alacağınıza zəmanət verilmir. Ən varlı insanlar bəzən bir neçə il boyunca bu bank kartını əldə etmək üçün gözləyirlər. Lakin kartın əldə edilməsi çəkilmiş bütün əziyyətə dəyər. Kart öz sahibinə geniş bonus sistemindən, bir çox brend mağazalarında endirimlərdən, VIP gözləmə zallarından yararlanmaq imkanı verir.

2)    "Coutts World Silk Card”


İpəkdən olan bu kartı əldə etməniz üçün 1 milyon dollar sərvətiniz olmalıdır və bu məbləğ Kraliça II Elizabetin şəxsi bankı olan "Coutts”-un hesablarında olmalıdır. Artıq anladığınız kimi kraliçanın seçilmişlər dairəsinə düşmək elə də asan deyil. Ancaq birdən siz bunu bacarsanız xəbərdar olun ki, kartın öz xidmət haqqı hesabınızdakı kredit balansının 49.1% təşkil edəcək. Əvəzində siz adi insanlar üçün nəzərdə tutulmamış mağaza və mallara, xüsusi şərtlərlə uçuşlara, 24 saatlıq konsyerj-xidmətinə və bir çox digər bonuslara çıxış əldə edirsiniz.
 

3)    "Dubai First Royale MasterCard”


Bu kart sözün əsl mənasında qiymətlidir. Onun qırağları qızıl naxışlarla, orta hissəsi isə brilliant daşla bəzədilib. Digər tərəfdən kartın gözəl və bahalı dizaynından əlavə üstünlükləri də var. Bu kartı əldə etmək üçün sizin namizədliyinizi Dubayın yüksək cəmiyyət nümayəndəsi və artıq kart sahibi olan bir nəfər təsdiqləməlidir. Kartın hazırlanması özü bir müddət vaxt aparır. Ən yaxşı halda bank bir aya maksimum 9 belə kart istehsal edilir. Kartın üstünlükləri ilə tanış olun. Bütün BƏƏ ərazisində ekstrimal lüks xidmətlər. Bu günə qədər cəmi 200 nəfər bu kartın sahibidir. 

4)    "American Express Black Card Centurion”


Bu kartın təkcə sifarişi üçün siz 7.500 dollar ödəyəcəksiniz. Kartın illik xidmət haqqı əlavə 2.500 dollara başa gələcək. Öz ailəsində bu ən bahalı kartdır və onu əldə etmək üçün siz ayda ən azı 250 min dollar xərcləməlisiniz. Ona görə də bu kart milyonçulara tam uyğundur. Kartı sahibi ABŞ-ın hava limanlarında VIP "Centurion” zallarına giriş, istənilən uçuşa bilet, məhşur dünya otellərində nömrə, brend restoranlarda randevu bir sözlə istədiyi vaxt istədiyi şeyi bu kart vasitəsilə əldə edə bilər. 

5)    "Stratus Rewards Visa”


Əgər siz qara rəngi bəyənmir və qara rəngdə eybəcər kart sahibi olmaq istəmirsinizsə parlaq ağ rəngli "Startus Rewards Visa” kartını əldə edə bilərsiniz. Kart sahibi olmaq üçün siz çox varlı olmalı, eyni zamanda bu kartın qapalı klubuna dəvət olunmalısınız. Kartın illik xidmət haqqı 1500 dollardır. Əvəzində siz xüsusi xidmət paketi əldə edirsiniz. Siz kartınıza yığılmış bonusları şəxsi "superjetlər”-də uçuşlara dəyişə, otel bronu və yerləşmə zamanı müxtəlif endirim və bonus kampaniyalarından yararlana bilərsiniz. Ən yaxşı stilistlərlə konsultasiya, şəxsi konsyerj-xidməti və bir sıra digər xidmətlər də bu kart sahibə təqdim olunur. 

6. "Citigroup Black Cairman Card”



Hər şeyin pulla alınmasının mümkünsüzlüyünü bu kart sübut edir. Ancaq "Citi” özəl bank və investisiya qrupunun üzvləri bu kartın sahibi ola bilərlər. Kartın illik xidməti haqqı 500 dollardır, ancaq kart üzrə kredit limiti 300 min dollara çatır. Buna əlavə kart sahibi bir çox bonuslardan istifadə, VIP zallara giriş əldə edir. Lakin belə imkanlar siyahısı sizi artıq bir o qədər də təəccübləndirmir elə deyil? 

7. "NatWest Black MasterCard”


Bəlkədə dünyada ən arzu olunan bank kartı "MasterCard”-ın "NatWest Black” kartıdır. Kart öz sahibinə 1 milyon 500 min dollar krediti limiti verir.  Kartın illik xidmət haqqı isə cəmi 395 dollardır. Böyük kredit məbləği ilə möcüzələr bitmir. Kart sahibi müxtəlif bonus və endirimlərdən yararlana bilər. Eyni zamanda dünya üzrə 24 saatlıq konsyerj-xidməti də kart sahibinin qulluğunda hazırdır.

8. "Visa Infinite Exclusive Sberbank”



Sberbankın təqdim etdiyi bu möhtəşəm karta sahib olmaq üçün şirkətin servislərindən birinə ən azı 4 milyon rubl yatırım etməlisiniz. Rusiya bazarı üçün kartın illik xidmət haqqı 25 min rubl bahadır. Ancaq siz bu kartı əldə etməyə qərar vermisinizsə VISA ailəsinə daxil otellərdə bron və yerləşmə zamanı bir çox bonus və endirimlərdən yararlana biləcəksiniz. İrihəcimli alış-veriş zamanı da siz müəyyən üstünlüklərə sahib olacaqsınız.

9. "Black Brazilian MasterCard”



Bu karta ancaq varlı Braziliya vətəndaşları sahib ola bilərlər. VIP gözləmə zallarında şəxsi xidmətçi, müxtəlif bonus və endirim proqramları kartın üstünlüklərindəndir. Kart sahibi olmaq üçün Braziliya vətəndaşılığından əlavə "Santander Group”-un müştərisi olmaq gərəkdir. 

10. "Merill Accolades American Express Card”



Bu kart çətin əldə olunandır. Kartı əldə etmək üçün hesabınızda ən azı 250 min dollar olan "Merill Lynch”-in müştərisi olmalısınız. Kartın illik xidmət haqqı isə 295 dollardır. Ancaq bu kriteriyaya cavab verirsinizsə belə, bu kartı əldə etmək üçün aidiyyatı dəvətnaməni sizə göndərməyə bilərlər. Lakin biz hesablayırıq ki, siz kartı əldə etmək üçün dəvətnamə alan xoşbəxtlərdənsiniz. Kart sizə nə kimi üstünlüklər təklif edir? İlk öncə 500 min dollarlıq kredit limiti sizin qulluğunuzdadır. Bundan əlavə şəxsi "superjetlər”-də uçmaq imkanı, eksklüziv otellərdə endirimlər, 24 saatlıq konsyerj-xidməti də sizindir.