SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Vizasız səyahət üçün ən yaxşı pasport hansıdır?

27 Noyabr 2018 [21:58]
Səyahət etmək imkanı böyük bir azadlıqdır, lakin səyahət zamanı bu və ya digər viza tələblərindən asılı olmamağı ən böyük azadlıqlardan biri adlandıra bilərik. Buna görə də bəzi ölkələrin pasportları öz daşıyıcısına daha geniş (səyahət azadlığı) imkanlar təqdim edir.

"Henley Passport Index” sıralamasının yenilənmiş hesabatına görə hal – hazırda ən yaxşı pasport (daha çox vizasız gediş-gəliş imkanı verən) Yaponiyaya məxsusdur. 

Oktaybrın sonunda Myanmaya vizasız gediş-gəliş imkanı əldə etməklə Yaponiya pasportunun sahibləri, vizasız səyahət edə biləcəkləri ölkələr sayını rekord 190 dövlətə qaldırdılar. Bununla da Yaponiya əvvəlki hesabatında birinci olmuş Sinqapuru (189 dövlətlə vizasız səyahət rejimi) qabaqlayıb. 

Nəticədə cari ilin əvvəlində sıralamada birinci olan Almaniya 3-cü pillədə qərarlaşıb. Eyni pillədə Fransa və Cənubi Koreya pasportları da yer alıblar.  

186 ölkə ilə vizasız (və ya yerində viza almaq imkanı) səyahət rejimində olan ABŞ və Böyük Britaniya pasportları yenilənmiş sırlamada 5-ci yerdədirlər. Xatırladırıq ki, 2015-ci ilin hesabatında birincilik məzh bu iki ölkənin pasportuna aid idi. 

Qonşu Rusiyanın pasportu isə sıralamada geriləyərək, 47-ci yerdə qərarlaşıb. Son olaraq sentyabrda Tayvan hökumətinin Rusiya vətəndaşlarına viza tələbinin aradan qaldırması qərarı belə Rusiyanın sıralamadakı yerinə heç bir təsir göstərməyib.

"Pasportunun inkişafı tarixinə görə ən yaxşı ölkə hansıdır?” sualını verəsiniz Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) nəzər salmağınızı məsləhət görürük. Ölkə uzaq 2006-cı ildə sıralamada 62-ci yerdə idi, lakin geridə qalmış 12 il ərzində BƏƏ öz nəticələrini qaldıraraq, 21-ci yerə qədər irəliləyə bilib. Onu da qeyd edirik ki, BƏƏ və Rusiya bu yaxınlarda qüvvəyə minəcək qarşılıqlı sadələşdirilmiş viza rejiminə keçid ediblər.

Sırlamada irəliləyənlər arasında Çin də var. Belə ki, Myanma və Sent-Lyusiya adalarına vizasız səyahət etmək imkanı əldə etmiş Çin pasportu 14 pillə qalxaraq, 71-ci yerdədir. 

Bəs bu sıralamada ən aşağı yerdə hansı ölkələrin pasportları qərarlaşıblar?

Hal – hazırda ən zəif pasport İraq və Əfqanıstana məxsusdur. Onların daşıyıcıları cəmi 30 ölkəyə vizasız rejimdə səyahət edə bilirlər. Daha sonra Suriya və Somali (32 ölkə) və Pakistan (33 ölkə) gəlir. 
"Henley Passport Index” yenilənmiş ən yaxşı pasportlar sıralaması:

1.    Yaponiya – 190 ölkə

2.    Sinqapur – 189 ölkə

3.    Almaniya, Fransa, Cənubi Koreya – 188 ölkə

4.    Danimarka, Finlandiya, İtaliya, İsveç, İspaniya – 187 ölkə

5.    Norveç, Birləşmiş Krallıq, Avstriya, Lüksemburq, Niderlandlar, Portuqaliya, ABŞ – 186 ölkə

6.    Belçika, İsveçrə, İrlandiya, Kanada – 185 ölkə

7.    Avstraliya, Yunanıstan, Malta – 183 ölkə

8.    Yeni Zelandiya, Çexiya – 182 ölkə

9.    İslandiya – 181 ölkə

10.  Macarıstan, Sloveniya, Malayziya – 180 ölkə