SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

İmmiqrasiya üçün 5 ən yaxşı ölkə

27 Noyabr 2018 [21:50]
1) Heç vaxt müstəmləkə olmamış ölkə


Tayland (Tay) xalqı fəxr edir ki, onların vətəni Cənub-Şərqi Asiyada avropalıların müstəmləkəsi olmamış yeganə ölkədir. Digər tərəfdən bu gün Tayland kimi ekzotik məkanı görməyə gələn milyonlarla turistləri nəzərə alsaq, prosesi "yeni növ müstəmləkəçilik” adlandırmaq olar.  

Tayland dünya turizm marşrutları arasında ən məhşur istiqamətlərdən biridir. Bu ölkədə yaşamaq o qədər asan və ucuzdur ki, bir çox avropalı bura dəfələrlə qaydır, bəziləri bütün qış mövsümunu burada keçirir, digərləri isə uzun müddətli olaraq Taylandda yaşamağa köçürlər.   

Turistləri bura cəlb edən əsas amillər ekzotik flora və ucuz qiymətlərdir. Qeyd etmək lazımdır ki, Taylanda köçmək gənc və xəyalpərəst frilanserlər üçün ən uyğun variantdır. 
Lakin ölkənin idarə olunması və cəmiyyətdə dominant rola malik dini-fəlsəfə sistemi müəyyən davranış qaydaları formalaşdırır. Məsələn: Heç bir halda taylandlının başına sığal çəkməyin, qətiyyən kralı təhqir və ya Buddaya hörmətsizlik nümayiş etdirməyin. 


2) Avropanın immiqrasiya üçün ən məhşur ölkəsi


 "Fundación Rey Balduino” fondu və "Migration Policy Group” təşkilatı miqrantların rahat yaşaması üçün ən uyğun ölkə hansıdır sualına cavab tapmaq üçün geniş ictimai araşdırma (rəy sorğusu) həyata keçiriblər. Sorğunun nəticlərinə görə İspaniya birinci yerə çıxıb. İspaniya köçmüş 75% "yeni ispanların” sözlərinə görə burada onlar xoşbəxtdilər. 

İspaniya artıq uzun müddətdir ki, Şimali Avropadan köçənlərin sevimli yaşayış məntəqəsidir. İmmiqrantları ölkədəki iqtisadi böhran, daha sonra siyası böhran (Kataloniyanın müstəqillik referendumu) belə qorxutmayıb. Hətta İspaniyada belə işə düzəlməklə bağlı böyük problemlər var, ancaq prakitiki olaraq hər bir qaçqın gəldiyi istənilən bir ölkədə bu kimi problemlə üzləşir. 
 

3) "Fenşuy”a görə tikilmiş ölkə


Ümumdünya İqtisadiyyat Təşkilatı Sinqapuru Asiya üzrə ən yüksək həyat səviyyəsi olan ölkə kimi müəyyənləşdirib. Hətta məşhur "Forbes” jurnalı ən varlı ölkələr sıralamasında Sinqapuru 3-cü yerə layiq görüb. 

Sinqapuru biznes qurmaq və onu inkişaf etdirmək üçün ən rahat ölkə adlandırırlar. Yeri gəlmişkən Sinqapur hökumətini vaxtaşırı dünyanın 10 ən az korrupsiyaya məruz hökumətlər sırasında görmək olar. 

Bu şəhər-ölkənin memarlıq və landşaftı ən xırda məqamlarına qədər insanın rifahına təsir edən enerji cərəyanları haqqında qədim traktatla uyğunlaşdırılıb. Sinqapur "fenşuy” təliminin bütün tələblərinə uyğun bir şəkildə tikilib. 
 

4) Təqaüdçülər cənnəti


Bir çox kosta-rikalılar üçün ingilis dili ikinci ümumişlək dildir. Buna görə də bura gələn əcnəbilər özlərini olduqca rahat hiss edirlər. Kosta – Rikada fiziki şəxslərin xarici kapital (mənbə) gəlirlərindən heç bir vergi tutulmur.  Respublikanın ərazisində yaşayan əcnəbilər artıq özlərinin formalaşmış miqrant icmalarını yaradıblar. 

Kosta – Rikada yaxşı həyatı "puravida” adlandırırlar. Təqaüdə çıxanlar üçün Kosta – Rikada "puravida” gündəlik yaşam tərzidir. Digər Qərb ölkərindən fərqi olaraq, Kosta – Rikada yaşayış xərclərinin çox aşağı olması bu ölkəni immiqrasiya cənnətinə çevirib. Ölkə əsas ABŞ orta təbəqəsi arasında çox məhşurdur. Ölkəyə gəlmək üçün uzun və ağır viza əldəetmə prosesindən keçməyə ehtiyac yoxdur. Bir qayda olaraq ölkə asanlıqla əcnəbilərə öz vizasını təqdim edir. Hətta bəzi hallarda etibarlı ABŞ və Kanada vizasıilə də Kosta – Rikaya səyahət etmək olar.

 Kosta – Rikada əcəbinin daşınmaz əmlak sahibi olması üzrə heç bir məhdudiyyət də yoxdur. Lakin heç kəs okeanın 50 m məsafəsində mülkiyyət sahibi ola bilməz. Növbəti 150 m-dən isə mülkiyyət dəniz zonası qanunlarına aid olur. 
 
5) Eqzotik təbiət, qərb mədəniyyəti və ingilis dili



İsti iqlim və yüksək həyat səviyyəsi olan Avstraliya immiqrasiya üçün çox cəlbedicidir. Yeni Zelandiya da bir növ bu ölkəyə bənzəyir, ona görə də yeni həyata başlamaq üçün əla yerdir. Bu ikisi arasından Avstraliyada daha yüksək əmək haqqları olduğuna görə immiqrasiya baxımından kenqurular diyarına üstünlük verilir. 

Avstraliyaya immiqrasiyanın əsasında ölkənin isti iqlimi, həyat səviyyəsi, uğurlu iqtisadi-sosial inkişafı durur. Bundan əlavə ölkədə müxtəlif immiqrasiya proqramları da mövcudur. Ölkənin bəzi reginlarında ixtisaslı işçi çatışmazlığı ciddi hiss olunur. Bunun da əsas səbəbi nisbətən böyük ərazilərdə az sayda əhalinin yaşamasıdır. Yerli xalqlar isə əsasən Avstraliyanın Şərq sahillərində məskunlaşıb.