SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Maldivdə ilk sualtı hotel istifadəyə verilib

27 Noyabr 2018 [21:43]
Sualtı balıqları saatlarca izləmək və onlara maksimum yaxın olmaq üçün artıq fantastik filmlərin qəhrəmanlarından biri olmağa ehtiyac yoxdur. 
Maldiv adalarında daha dəqiq desək Ranqali adasında açılmış ilk sualtı hotel öz qonaqlarına bu imkanı yaradır. Sadəcə iki nəfərlik otaq yox, Hind okeanının 16 metrlik dərinliyində tikilmiş 2 nəfərlik villaları təsəvvür edin.


 Bəli. Maldiv adalarında otel otaqları yoxdur, bura dəbdəbəli həyat tərzinə öyrəşmiş turistlər gəldiyi üçün onlara ayrıca villalalar təklif olunur. 



Suyun altında tikilmiş villa Maldiv adalarının yerli dili olan Divehidə "Muraka” (mərcan) adlanır. Villa 2 nəfərlik sualtı yataq otağı, ayrıca idman zalı, bar, mənzərəli açıq hovuz, eyni zamanda okeana açılan mənzərəli hamam otağından ibarətdir. 


Villanın bir gecəlik qiyməti 50 min dollar təşkil edir. Bu qiymətə şəxsi aşbaz, gəzinti qayığı və eyni zamanda avtomatik "Hilton Diamond” statusunun verilməsi daxildir. 


"Muraka”ların tikintisi zamanı sualtı aləmə minimum ziyan vurulması da nəzərə alınıb. Sinqapurlu mütəxəssislər tərəfindən ekoloji materiallardan tikilmiş villalalar hissə-hissə gəmilərlə bura gətirilərək, quraşdırılıb. Yüksək dəqiqliklə həyata keçirilmiş quraşdırılma işi nəticəsində villa hava şəraitinin dəyişməsindən və ya suyun qabarma – çəkilməsindən asılı olmayaraq yerində sabit qalır. 


Xatırladırıq ki, "Muraka” otelin ilk sualtı iaşə obyekti deyil. Bir neçə il bundan öncə açılmış beş ulduzlu "Ithaa” sualtı restoranı da otelə aiddir.