SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Dünya ölkələrinin pasportları niyə cəmi 4 rəngdə olur?

27 Noyabr 2018 [21:39]

Azərbaycanın ümumvətəndaş pasportunun yaşıl, Rusiya pasportunun qırmızı və ya ABŞ pasportunun niyə göy rəngdə olduğunu düşünmüsünüz? Bu və ya digər ölkə öz pasportunun rəngini nəyə əsasən seçir?

QIRMIZI:


Dünya ölkələri pasportları arasında ən geniş yayılmış rəng qırmızıdır. Keçmişdə və ya hal-hazırda kommunizm idealogiyası əsasında yaşayan Çin, Vyetnam, Serbiya və Rusiya kimi dövlətlərin pasportları qırmızı rəngdədir. Avropa İttifaqının (Aİ) üzvü olan ölkələr (Xorvatiyadan başqa) tünd qırmızı rəngdə olan pasportlardan istifadə edirlər. Aİ-yə üzvlükdə maraqlı olan ölkələr də  (Türkiyə, Makedoniya, Albaniya) öz pasportlarının rəngini qırmızıya dəyişiblər. Eyni zamanda And ölkələri birliyinə daxil olan Boliviya, Kolumbiya, Ekvador və Perunun da pasportları qırmızının bir qədər tünd çalarında (bordo) təqdim olunub. 

GÖY:


Qırmızıdan sonra ikinci geniş yayılmış pasport rəngi göydür. Göy rəng "Yeni dünya”nı təcəssüm edir. Karib hövzəsinin 15 ölkəsinin pasportları göy rəngdədir. Cənubi-Amerika ölkələri blokunun da pasportları göy rəngdədir. Venesuelanı çıxmaq şərtilə Braziliya, Argentina və Paraqvayın pasportları göydür. Eyni zamanda ABŞ vətəndaşlarının da pasportu göy rəngdədir. Lakin ABŞ yalnız 1976-cı ildə pasportunu bu rəngə dəyişib.

YAŞIL:


Müsəlman ölkələrinin pasportlarının əksəriyyəti yaşıl rəngdədir. Yaşıl rəng islam rəngini təcəssüm etdiyi üçün müsəlman ölkələri öz pasportlarında bu rəngdən istifadə edirlər. Eyni zamanda Qərbi Afrika ölkələri olan Burkina Faso, Nigeriya, Niger, Kot-d'İvuar və Seneqal pasportları da yaşıl rəngdin müxtəlif çalarlarındadır. 

QARA: 


Pasportlar arasında ən nadir rəng qaradır. Bu rəngdən Afrikanın Botsvana, Zambiya, Burundi, Qabon, Anqola, Çad, Konqo və Malavi ölkələri istifadə edirlər. Eyni zamanda Yeni –Zelandiyanın milli rəngi qara olduğu üçün onların pasportları  da qara rəngdədir. 

Pasportların xəritəsi: