SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

BAKININ YENİ RƏSMİ TURİZM XƏRİTƏSİ HAZIRLANIR

27 Noyabr 2018 [18:48]
"Hazırda Bakının yeni rəsmi turizm xəritəsi hazırlanır".
Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov deyib.
O bildirib ki, həmin xəritədə ölkənin mədəniyyət ocaqları və muzeyləri əks olunacaq: "Hər bir turist bu xəritəni tam ödənişsiz şəkildə Heydər Əliyev Beynəlxalq Hava Limanından, otellərdən, turizm informasiya mərkəzlərindən, turizm şirkətlərindən əldə edə bilərlər. Xəritə həm turistlərin işini asanlaşdıracaq, həm də onlar Azərbaycan mədəniyyəti ilə tanış olub istədikləri yerlərə istiqamətlənə biləcəklər. Eyni zamanda, Dövlət Aqrar Ticarət Şirkətinin də "pin"i xəritənin üzərində olacaq ki, səfər edən turistlər bu məhsul ilə tanış ola və həmin məhsulları əldə edib öz ölkələrinə apara bilsinlər".