SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

31 Oktyabr 2018 [23:32]
30 oktyabr 2018-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili xanım Marta Ines Galindo ilə Fondda görüş keçirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən söz açan G.Əfəndiyeva türkdilli xalqların tarixi bağlılığından, ortaq adət-ənənə və mədəni dəyərlərindən bəhs edib. Görüş zamanı 2017-ci ildə Fondun təşkilatçılığı ilə Latın Amerikası ölkələrində keçirilən sərgi və konfransları xatırladan G.Əfəndiyeva, tədbir iştirakçılarının türk dünyası irsinə xüsusi maraq göstərdiyini müşahidə etdiyindən danışıb.

 Kolumbiyanın və Latın Amerikası ölkələrinin dünyaya görkəmli yazıçılar, bəstəkarlar, incəsənət xadimləri bəxş etdiyini söyləyən Fondun prezidenti, türk dünyası və Latın Amerikası xalqlarının nümayəndələrini bir-birlərinin mədəniyyətlərilə tanış etməyin əhəmiyyətini vurğulayıb.

Xanım M.İ.Galindo görüş zamanı türkdilli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi məqsədilə Fondun gördüyü iş və həyata keçirdiyi layihələrin əhəmiyyətini qiymətləndirib. M.İ.Galindo Kolumbiyada türk mədəniyyətinin və irsinin daha da təbliğ edilməsinin vacibliyini qeyd edib. Bu xüsusda müvəqqəti işlər vəkili Kolumbiya Respublikası ilə Azərbaycan və digər üzv dövlətlərlə mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinə önəm verdiyini bildirib.

Görüşdə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Kolumbiya Respublikasının Azərbaycandakı Səfirliyi arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılaraq, ikitərəfli işbirliyinin daha da inkişafına və birgə layihələrin uğurla icra ediləcəyinə əminlik ifadə edilib.