SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Bağdad Amreyev Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib - FOTOLAR

05 Oktyabr 2018 [01:27]
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Bağdad Amreyev və rəhbərlik etdiyi nümayəndə heyyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, Fondun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Günay Əfəndiyeva qonaqları salamlayaraq, Bağdad Amreyevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. O, Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türk Şurasının VI Sammitində imzalanan sənədlərin və qəbul olunmuş qərarların türk dünyası üçün vacib əhəmiyyət kəsb etdiyini qeyd edib. 

1

G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, məqsədləri və həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib. G.Əfəndiyeva, həmçinin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Fondun fəaliyyətinin təmin edilməsi ilə bağlı Sərəncamından və bunun əsasında Fond üçün Bakı şəhərinin mərkəzində ayrılan inzibati binadan, orada aparılan təmir-bərpa işlərindən söz açıb. 


Bakıya səfəri çərçivəsində ilk görüşünün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə keçirdiyini qeyd edən B.Amreyev öz növbəsində, Fondun fəaliyyət istiqamətini yüksək qiymətləndirdiyini və bu baxımdan istər mədəniyyət, istərsə də digər sahələrdə Azərbaycanın türk dünyası üçün mühüm rol oynadığını, xalqları birləşdirən mərkəz olduğunu söylədi. B.Amreyev Türk Şurası ilə digər türkdilli təşkilatlar arasında effektiv koordinasiyanın təşkili və  türk mədəniyyətinin inteqrasiyasının daha da inkişaf etdirilməsi istiqamətində işlərin aparılmasının əhəmiyyətini vurğulayib. Bu baxımdan Baş Katib ortaq fəaliyyətin bu qədim mirasın daha geniş maştabda tanıdılmasında böyük tövhə verəcəyinə, Türk Şurası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında uğurlu əməkdaşlığa dair inamını bildirib.

1

Sonda, qurumlar arasında əlaqələrin cari vəziyyəti və inişaf perpektivləri, o cümlədən birgə həyata keçiriləcək programlar barədə danışıqlar aparılıb.