SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Azərbaycanlılar Moskvada havaya böyük nar buraxacaqlar

04 Oktyabr 2018 [21:41]
Nar formasında nəhəng aerostat azərbaycanlıların Nar bayramı ərəfəsində oktyabrın 6-da Moskvanın Yekaterininsk parkından havaya buraxılacaq. 
Qonaqlara nardan hazırlanmış içkilər, şirniyyatlar və digər məhsullar təqdim ediləcək. 
Bundan başqa, festivalda Azərbaycan, Qazaxıstan, Özbəkistan, İran, Türkiyə, Ərəb və Tacikistan mətbəxinin yeməkləri təqdim olunacaq.

Tədbir zamanı müxtəlif oyunlar və yarışmalar keçiriləcək. Səhnədə Azərbaycanın əməkdar mədəniyyət xadimi Boris Şvartsman, "Səs Azərbaycan” və "AzəriStar” yarışmasının qalibi Ülkər Şahbazova, "Qarabağ” rəqs qrupu və digərləri çıxış edəcək.