SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Ziad Dueri Səddam Hüseynin dindirilməsi barədə film çəkəcək

29 Sentyabr 2018 [18:05]
Livanlı rejissor Ziad Dueri 2003-cü ildə İraqın sabiq prezidentini ilk olaraq dindirənlərdən biri - Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq analitiki Con Niksonun "Prezidenti dinləyərkən: Səddam Hüseynin dindirilməsi” (Debriefing the President: The Interrogation of Saddam Hussein) kitabının adaptasiya çəkiliş qrupuna rəhbərlik edəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar filmin prodüseri Aleksandr Rodnyanski tərəfindən qəbul olunub.

Duerinin sözlərinə görə, kitab "ləyaqət və həqiqəti” əks etdirir. "Səddam Hüseynin əsir alınması və edamı Yaxın Şərq və dünya tarixində dönüş anı olub. Bu film nəyin və nə üçün baş verdiyini öyrənmək imkanı yaradır”, - rejissor belə deyib.

Qeyd edək ki, 1998-2011-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsində çalışan Con Nikson öz kitabında İraqın devrilmiş liderinin didndirilmə təcrübəsindən bəhs edib.