SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Azərbaycan ilə Monqolustan arasında viza tələblərinin sadələşdirilməsinə dair Saziş imzalanıb

29 Sentyabr 2018 [17:12]
"Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş imzalanıb.
Saziş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sentyabrın 28-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatar ilə görüşündə imzalanıb.
Nazirlər bir sıra ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.