SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Azərbaycan Avropada sürətli turizm inkişafına görə ilk onluqda

26 Sentyabr 2018 [12:20]

Azərbaycan Avropada turistlər arasında sürətlə populyarlıq qazanan istiqamətlər arasında ilk onluqda yeddinci yeri tutub.
Bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının hesabatına istinadən "Bloomberg” agentliyi yazır.
Azərbaycanda dünyanın ən iri turizm şirkətlərindən biri "Intrepid Travel” xətti ilə hotel bronlama 322 faiz artıb.

Şəhərdə Alov Qüllələri Bürc Əl-Xəlifəni xatırladır desək yanılmarıq, eyni zamanda Bakı Dubay kimi neftlə zəngin şəhərdir və sürətlə inkişaf edir.

Sürətlə inkişaf edən turizm istiqamətlərinə Türkiyə, Gürcüstan. Makedoniya, İslandiya və digər ölkələr də daxil olub.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana 189 ölkədən 1,325 milyon nəfər səfər edib. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz çoxdur.