SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Agentlik Bakı küçələrində gizli kameralar quraşdırdı - VİDEO

25 Sentyabr 2018 [01:15]
Bakı Nəqliyyat Agentliyi avtomobillərini qanunsuz park edən sürücülərlə bağlı sosial çarx hazırlayıb.
Sosial çarx gizli kameralar vasitəsilə çəkilib. Sosial çarxdan göründüyü kimi bəzi sürücülər pandusun üzərinə çıxmaqla avtomobillərini qanunsuz şəkildə səkidə saxlayırlar.
Agentlikdən bildirilib ki, çarxın hazırlanmasında məqsəd, avtomobilini səkilərdə qeyri-qanuni park edərək piyadaların, xüsusən də fiziki məhdudiyyətli şəxslərin hərəkətinə mane olan sürücüləri ictimai qınağa cəlb etməkdir.