SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Bakı meriyasında köklü dəyişiklik - 4 nəfər işdən çıxarıldı

21 Sentyabr 2018 [02:23]
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov yeni təyinatlar edib.
Dunya-az.com qafqazinfo-a istinadən xəbər verir ki, onun əmri ilə İH-nin Aparat rəhbəri Rаsim Vаqif оğlu Quliyеv vəzifəsindən azad edilib və onun yerinə Elgün Həbibullayev təyin olunub.
E. Əzizov BŞİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Əli Əliyevin də vəzifəsindən azad olunması haqda əmr imzalayıb. Onun yerinə Coşqun Cəbrayılov bu vəzifəyə təyin olunub. 

İcra Hakimiyyətinin Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin rəhbəri Vahid İsmayılov vəzifəsindən azad edilib və onun yerinə Aparat rəhbəri vəzifəsindən azad edilən Rasim Quliyev təyin olunub. V. İsmayılov isə R. Quliyevə müavin təyin edilib.

Bundan başqa BŞİH-nin ümumi şöbəsində də dəyişiklik edilib. Belə ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Məmmədov vəzifəsindən azad edilib və onun yerinə Ayaz İmaməliyev təyin olunub.

***

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Aparat rəhbəri Rаsim Vаqif оğlu Quliyеv vəzifəsindən azad edilib.

Eurasia Diary report-a istinadən xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyəti başçısının müavini Eldar Əzizov əmr imzalayıb.

Həmin vəzifəyə Elgün Həbibullayev təyin olunub. E.Həbibullayev əvvəllər Sumqayıt Şəhər İcra Hakmiyyəti başçısının müavini olub.

E.Əzizovun digər əmri ilə BŞİH-in Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin rəhbəri İsmayılov Vahid Cabbar oğlu vəzifəsindən azad edilib. V.Quliyev həmin departamentin rəhbəri təyin olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.