SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Yaylaqda bir gün - Tərəkəmələrin həyat tərzi ilə bağlı REPORTAJ - VİDEO

02 Sentyabr 2018 [01:12]
Köçəri həyat tərzi sürən tərəkəmələr Kür-Araz ovalığında, Mil-Muğan və Şirvan düzlərində yaşayırlar.
Əsasən qoyunçuluqla məşğul olan tərəkəmələr yayda yaylaqlara, payızda isə Arana - Çeyrançöl ərazilərinə köçürlər.
Əməkdaşlarımız onların həyat tərzi ilə bağlı maraqlı süjet hazirlayıblar...
Bütün mal-qaranı yığıb may ayından yaylağa gedən tərəkəmələr özləri üçün əlverişli yerdə yurd salırlar. Dağlıq ərazilərə, yaylaqlara getməkdə onların məqsədləri heyvanlarını yaxşıca otarmaqdır.

Bu həyat tərzi əsrlərdir nəsillərdən-nəsillərə ötürülür. Gədəbəy rayonu ərazisində tərəkəmələrin yaylaq əraziləri çoxdur. Yataqlar Düz Yurd kəndində çox olsa da, Başkənddə olan yaylaqlar da az deyil.

Səhər dan yeri söküləndən günortaya kimi iribuynuzlu və xırdabuynuzlu heyvanlar sahələrdə otarılır. Saat 4-dən axşam hava qaralanadək heyvanlar yenidən otarılmaq üçün sahələrə çıxarılır.

Tərəkəmələrin hər təminatı təbiətin hesabına başa gəlir. Yalnız elektrik enerjisini generatorlar vasitəsilə təmin edən köçərilər quru odun parçaları ilə yemək bişirirlər. Alaçıqlarda gecələyən təsərrüfat sahibləri bəzən çöllərdə də gecələməli olurlar. Bu zaman onları və sürünü tərəkəmələrin etibarlı dostu olan itlər qoruyur. "Qurdbasan", "Ayıboğan", "Aslan", "Alaş", "Pələş" kimi vəfalı dostlar bəzən sürünü çobansız da otarırlar. Çöldə olmağın isə hər anı təhlükəli və macəra ilə doludur...

Uzun yorğunluqdan sonra onların dincəlməyə də vaxtları olur. Gənc çobanlar yorğunluqlarını musiqi dinləyib, rəqs etməklə çıxarırlar.

Artıq bir aydan sonra yenidən qışlağa köç başlayacaq. Köç prosesi oktyabrın ilk yarısından sonuna kimi davam edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: