SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

“Azərpoçt”dan saxta mesajlarla bağlı XƏBƏRDARLIQ: ALDANMAYIN - VİDEO

30 Avqust 2018 [02:34]
Son günlər bəzi vətəndaşların mobil telefonlarına "Azərpoçt" MMC-nin köhnə loqosu ilə saxta mesajlar göndərilir. Artıq bu barədə quruma 30-a yaxın şikayət daxil olub. Məsələ burasındadır ki, naməlum şəxs və ya şəxslər mesajda göstərilənləri icra edən vətəndaşların kart hesabından pulları çox rahatlıqla mənimsəyə də bilirlər. Bəs nelə problemlə qarşılaşanlar nə etməlidirlər?
"Təbriklər! Siz mobil telefon və ya "Hədiyyə Kartı" udmaq şansını qazanmaq üçün seçilmiş 10 istifadəçidən birisiniz!" Son günlər bəzi vətəndaşların mobil telefonlarına bu məzmunda mesajlar göndərilir. Mesajda deyilənləri icra edən vətəndaşlar isə sonda hesablarında olan bütün vəsaitlərin oğurlandığını görürlər.

Məsələ burasındadır ki, saxta mesajlar "Azərpoçt" MMC-nin köhnə loqosu ilə qurumun adından göndərilir. Elə vətəndaşların aldanmalarına səbəb olan məhz bu məqam olur. Elə bu məqsədlə də Problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Azərpoçt" MMC və Elektron Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb. "Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova deyir ki, son bir həftə ərzində göndərilən saxta mesajlarala bağlı quruma 30-a yaxın şikayət daxil olub.

Bununla yanaşı, İnternetdən istifadə zamanı, veb-brauzer sizi ƏƏƏ.YETİLL.COM saytına yönəldirsə, bu, o deməkdir ki, sizin mobil qurğu və ya kompüter zərərli proqramla yoluxub. Bu halda telefona həmin saytdan reklamlar gəlir, eyni zamanda zərərli proqramlar yüklənir. Bundan başqa, əəə.yetill.com saytına yönləndirildikdə reklam banerində "Əgər 18+ yaşınız varsa kliklə" mesajı ilə bu saytdakı bildirişlərə abunə olmaq istənilir. "İcazə ver" düyməsini kliklədikdə, brauzerin bağlı olmasına baxmayaraq, saxta reklamlar mobil telefonun ekranında və ya kompüterin işçi masasında görünməyə başlayacaq. Ümumiyyətlə, aldanılmamaq üçün bəzi məqamlara diqqət etmək tövsiyyə olunur.

Telefonuna "Azərpoçt" MMC-nin köhnə loqosu ilə saxta mesajlar göndərilən vətəndaşlar qurumun rəsmi səhifəsinə mesaj yaza, şəbəkə xidmətlərinə müracət edə, eləcə də 155 çağrı mərkəzinə zəng vura bilərlər.