SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Türkiyəyə 2 dəfə daha tez çatmaq mümkün olacaq

14 Iyun 2018 [23:58]

Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki "Sarpi” nəzarət-buraxılış məntəqəsinədək məsafə 4 saatadək azalacaq.
 Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi ölkənin qərbi ilə şərqini əlaqələndirən Rikot aşırımında yol tikintisi üçün tender elan edib.
 

Qeyd olunur ki, bu layihə üçün ümumilikdə 2 milyard dollara yaxın vəsait sərf olunacaq.
 
Nazirlik rəsmisi bildirib ki, infrastruktur layihələri nəticəsində "Qırmızı körpü”dən "Sarpi”yədək olan yol 7-8 saatdan 4-4,5 saatadək azalacaq.