SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Yelena Strokova: "Prezident seçkilərinin keçirilməsi ilə bağlı bütün tədbirlər yüksək səviyyədə təşkil edilib"

11 Aprel 2018 [16:02]
Biz artıq üç məntəqədə olmuşuq, seçki komissiyalarının üzvləri ilə söhbət etmişik. Bu məntəqələrin heç birində hər hansı qayda pozuntusu müşahidə edilməyib. Prezident seçkiləri yüksək səviyyədə təşkil olunub.
Bu barədə AZƏRTAC-a müsahibəsində 15 saylı Yasamal birinci seçki dairəsinin 15 saylı seçki məntəqəsində seçkiləri izləyən Rusiya Federasiyası Dövlət Dumasının deputatı, MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçi Yelena Strokova bildirib.
Y.Strokova deyib: "Azərbaycanda prezident seçkiləri seçicilərin yüksək fəallığı ilə keçir. Prezident seçkilərinin keçirilməsi ilə bağlı bütün tədbirlər yüksək səviyyədə təşkil edilib".