SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Müharibə uşaqlari

10 Mart 2018 [01:33]



Həmişə hardasa qayğısız bir körpə şəkli görəndə üzümüz gülür, kefimiz açılır.Lakin həyat həmişə onların üzünə gülmür. Həyatın xoş üzü olduğu qədər, sərt və acımasızlıqlarla dolu üzü də var. 

Fikirləşin:


Ailənizlə birlikdə yaşayırsınız və çox bəxtəvərsiniz. Lakin qəflətən bir müharibə olur və siz bütün ailənizin çox çarəsiz şəkildə gözlərinizin önündə necə acımasızca öldürülməsini izləyirsiniz. Bu daha böyük acıdır. Çünki sən bütün ailə nümayəndələrinin  acımasızca olan ölümünü öz gözlərinlə görürsən. Onların çarəsiz fəryadlarını öz qulağınla eşidirsən. Mənə elə gəlir ki, bu acını dünyada heç bir dərd əvəz edə bilməz...

 Psixoloqlar deyirlər ki, ailə nümayəndələri arasında baş verən kiçik bir münaqişə belə uşağın psixologiyasına ciddi təsir edir. Müqayisə edin:

 Kiçik münaqişə belə bir uşağın psixologiyasına mənfi təsir göstərirsə, öz ailəsinin gözləri onündə ölümlərini seyr etmək necə təsir edər? Bunu tarif eləmək belə mümkün deyil. Məncə o hissi yaşamayan, müharibə şəraitini görməyən heç bir insan onların nə hisslər keçirdiklərini hiss edə bilməz.

 Bildiyimiz kimi tarix boyu Azərbaycanımızın başından bir çox müharibələr keçmişdir. Bunlardan biri bəşər tarixində heç bir vəhşiliklə müqayisəsi belə mümkün olmayan Xocalı faciəsidir. Xocalı faciəsində ermənilər insan ağlına sığmayacaq qəddarlıqlar etmişlər. Onlar qocalara, qadınlara, uşaqlara əhəmiyyət vermədən çox irimiqyaslı cinayətlər törətmişlər .Hətta ermənilərin içində qəddarlıq toxumu o qədər böyümüşdü ki, onlar körpələrin öz analarının gözləri qabağında daxili orqanlarını çıxarırdılar. Onların torətdikləri cinayətlər yetkin bir insanın belə görərkən tüklərini ürpəndirən cinayətlərdir.
 Dünyada isə müharibə şəraitində olan ölkələrdən Yəmən, Suriya, Əfqanıstan, Liviya və s misal göstərmək olar.
 Müharibə uşaqların gözü ilə...Bu mövzü ilə bağlı o qədər faktlar sadalamaq olar ki,...

2013-cü ildə Suriyaya gedən jurnalistlər 7 yaşlı bir uşağın şəklini çəkərkən uşaq fotoaparatı silah zənn edərək əllərini yuxarı qaldırmışdır. 2014-cü ildə isə Yəmənə gedən jurnalistlər 12 yaşlı Səid adlı uşaqdan müsahibə alarkan o, bu sözləri demişdir:”Bəzən mən boş divara o qədər diqqətlə baxıram ki,  zənn edirəm bu dəqiqə divarda məni bu həyatdan qurtaracaq bir keçid yaranacaq və mən qurtulacam”

Biz hər dəfə sosial şəbəkələrdə və yaxud televiziya xəbərlərində müharibə haqqında məlumatlar eşidirik. Lakin bunlar müharibənin əsl üzü yox,sadəcə görüntüsüdür.

Müharibədə yaşayan uşaqlar neçə ildir ki,təhsil ala bilmirlər.Onların oyuncaqları yoxdur. Onların qida ehtiyatları yoxdur. Onların üşüyərkən bürünməli yorğanları yoxdur. Onlar hər gün atılan bir güllənin ailələrinə dəymə qorxusu ilə yaşayırlar. Səhərlərini top-tüfəng səsi ilə açırlar. Onlar hər gün müharibənin bitəcəyini xəyal edərək yuxuya gedirlər. Lakin hər gün şirin xəyalları param-parça olur.

 Bunlar mənim "Müharibə uşaqların gözü ilə” mövzusuna aid fikirlərim idi. Arzu edirəm birgün bütün müharibələr qurtarar və bütün uşaqlar qayğısız dünyaya qovuşub xoşbəxt olarlar.
Vəfa Vaqifqızı



Yaddaş Sənədli Filmlər Studiyası
ssenari müəllifi Sara Oguz,
rejisor  Şamil Nəcəfzadə,
operator Nizami Abbas,produsser Cavid İmamverdiyev


FOTOQALERIYA