SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Barmaq izlərinin skan edilməsinin yeni texnologiyası hazırlanıb

27 Yanvar 2018 [20:34]
"Japan Display Inc.” şirkəti tutumlu texnologiya əsasında hazırlanmış, şüşə altında quraşdırılmış daktiloskopik skanerin ilk prototipini təqdim edib.
İKT.lent.az Dni24.com-a istinadən xəbər verir ki, bu texnologiya təhlükəsizlik sisteminin vacib olduğu müxtəlif devays və qacetlərə tətbiq ediləcək
"Pixel Eyes” adlanan skanerin ölçüləri 8x8 millimetr təşkil edir. Sensor çox həssas olduğundan insanın ən kiçik toxunuşlarına belə reaksiya verir.
Qeyd edilib ki, yeni texnologiya Çinin "Vivo” şirkətinin "Synaptics” texnologiyasından fərqlənir. İkinci variant, sadəcə, ekranın altında quraşdırılmış skanerdir. Yaponiya istehsalçılarının hazırladıqları skaner isə barmaq izlərinin skan edilməsi üçün ayrıca aktiv sahədir. Yeni texnologiyanın tətbiqinə növbəti ildən başlanılacağı bildirilib.