SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Azərbaycanlı rəssam Beynəlxalq Karikatura festivalında

12 Yanvar 2018 [18:18]
Rəssam Soltan Soltanlı Suriyada ənənəvi olaraq keçirilən 14-cü Beynəlxalq Karikatura Festivalında ölkəmizi təmsil edir.
Bu haqda  məlumat verən rəssam bildirib ki, festivalın builki mövzusu ”Musiqi və həyat”dır.
Rəssam festivala iki əsərlə qatılıb. Ötən il həmin yarışmada Soltan Soltanlının "At kimindir” əsəri seçilən yüz əsərlə kataloqa daxil edilib. Rəssamın festivala təqdim etdiyi növbəti əsəri "Musiqiçi” adlanır.
Qeyd edək ki, yarışmada əsərlər beynəlxalq juri tərəfindən seçilir.