SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

"Sən bura istirahətə gəlmisən?" - Qaynanasının yanına qonaq gedən aktrisa GİZLİNLƏRİ açdı - FOTO

09 Yanvar 2018 [12:00]
"Toppuş bacı" ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva qayınanasından danışıb.

Milli.Az-a açıqlama verən məşhur qayınanası ilə rəfiqə olduğunu bildirib:

"Bəzən görürəm ki, bu sahədə olan məşhurlar qayınanalarından gileylənirlər. Bu, mənə, həqiqətən, qəribə gəlir. Çünki mən qayınanadan yarımışam. Övladım körpə olanda qayınanam bir müddət bizimlə birgə yaşadı. Onun mənə çox köməkliyi dəyib. Bəzən görürsən ki, 10 gün gedib qayınanamın yanında rayonda qalırıq.

10 gün müddətində mənə nə ev süpürməyə, nə də ki bir stəkan yumağa qoymur. Mənə deyir ki, sən bura istirahətə gəlmisən, yoxsa işləməyə? Səhər yuxudan qalxanda hər şey hazır olub. Rayona gedəndə geyimimə-keçimimə həmişə fikir verirəm. Çünki hamı kənddə bilir ki, mən kimin gəliniyəm".

Əli Rəhimoğlu