SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksi

29 Dekabr 2017 [00:37]
Muzey – tələbələrin elmi-metodik, kreativ düşüncəsinin və bədii individuallığının formalaşdığı yaradıcılıq bazasıdır.
Qorunmuş ənənələrlə bərabər Akademiyada yaranmış ən yaxşı əsərlər axtarış və yeniliklər üçün stimula çevrilir. Klassik akademik təhsilin əsaslarına prinsipial olaraq ciddi yanaşma özünəməxsus üslubun formalaşması prossesində Rəssamlıq Akademiyasının tələbələrinə eksperimentlər üçün fundament rolunu oynayan materiala yiyələnmək texnikasının və estetik zövqün formalaşdırılmasının təminatını verir. Yuxarı kursların tələbələrinə innovasiyalar üçün geniş imkanlar yaradılmışdır.

Hər iki tendensiya Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərinin və beynəlxalq əlaqələr şöbəsinin təşəbbüsü ilə Rəssamlıq Akademiyasının muzeyində 50 sərgi keçirilmişdir. O cümlədən, British Council-un kolleksiyasına daxil olmuş müasir britaniya qrafikasının, Berlin incəsənət xadimləri cəmiyyətinin və məşhur alman qrafikləri Byuşer, Prass Yurqen, Yan Perkoterinin, yeni dalğa türk avanqardist rəssamlarının sərgiləri keçirilmişdir. Müasir qərb incəsənətin görkəmli nümayəndələrindən biri olan Qünter Yukerin, məşhur avstriyalı qrafika ustası Diter Yozefin, Berlin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru İnqa Şmitin sərgiləri nəinki profesionallar, həmçinin geniş tamaşaçı kütləsi tərəfindən böyük şövqlə qarşılanmişdır.



Həmçinin Rəssamlıq Akademiyasının muzeyində dəfələrlə Almaniya, ABŞ, Türkiyə, İsrail səfirlikləri tərəfindən yarışlar keçirilmişdir. Bu yarışların nəticəsi olaraq Rəssamlıq Akademiyasının tələbələri Türkiyə və İsraildə təcrübə keçmişlər.

2012-ci ildə Rəssamlıq Akademiyasının muzeyi dəyişilərək Muzey-sərgi kompleksi ilə əvəz olunmuşdur ki, bu da muzeyin statusunun və fəaliyyət dairəsinin genişlənməsinə zəmin yaratmışdır. Tələbə və professor-pedaqoq heyyətinin işlərinin (ən yaxşı diplom və kurs işləri) nümayiş olunduğu daima yenilənən ekspozisiya ilə yanaşı, Muzey-sərgi kompleksi Rəssamlıq Akademiyasının səyyar tədbirlərində iştirak edir, o cümlədən geniş sərgi fəaliyyəti ilə məşquldur .

Öz zallarında Azərbaycan təsviri sənət ustalarının, xarici rəssamların fərdi, tematik və qrup sərgilərini təşkil edərək.



Kompleksin nəzdində artıq tədris kursları da fəaliyyət göstərir: abiturient, kiçik və orta məktəb yaşlı uşaqlar və arzu edən hər kəs yaş məhdudiyyətindən və professional hazırlığından asılı olmayaraq təsviri və dekorativ tətbiqi sənətin əsasları ilə tanış ola bilər. Muzey-sərgi kompleksinin kompüter kursları təsviri sənətin, memarlıq layihələndirilməsinin və dizaynın bütün sahələrinin müasir texniki yardımını təmin edir. 2013-cü il kurslarının proqramına – rəsm, rəngkarlıq, plastika, kompüter dizayn üzrə fənnlərin də daxil olduğu həvəskar və professional qruplarda boyüklər və uşaqlarla, o cümlədən ali rəssamlıq məktəblərinin abiturientləri və magistrları üçün TGDK prozramı üzrə məşğələlər daxildir.


ÜNVAN: Bakı ş., Heydər Əliyev prospekti 24

TELEFON:(+99412)566 56 69


ADRA MUZEY-SƏRGİ KOMPLEKSİ
 

Hörmətli xanımlar və cənablar!

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sergi Kompleksinin rəhbərliyi sizi təmirdən sonra yeni açılmış muzeyimizə dəvət edir.Siz, muzeyimizin geniş salonlarında nümayiş olunan incəsənət nümunələrinə baxa və ya sifariş edə bilərsiniz. Muzeydə nümayiş olunan sənət nümunələri (rəngkarlıq, heykəltəraşlıq, qrafika, dizayn, xalça, qobelen, zərgərlik, keramika və digər nümunələr) müəllif işləridir və təkrarı yoxdur.Muzeydə həmçinin Art Salon da fəaliyyət göstərir. Burada siz sənət nümunələrinin daha geniş çeşidi ilə tanış ola bilərsiniz. Həmçinin istədiyiniz işi sərfəli qiymətlə əldə edə bilərsiniz. Muzey 1000 kv metrdən çox sahəyə malikdir və 3 mərtəbədən ibarətdir. Bu da sizin muzeyimizin salonlarında müxtəlif təyinatlı sərgiləri keçirməyinizə imkan yaradır. Sərgilərin təşkilində muzeyin əməkdaşları sizə yardımçı olacaqlar. Siz həmçinin Muzey-Sərgi Kompleksinin əməkdaşlarına müxtəlif təyinatlı dizayn işlərinizi də həvalə edə bilərsiniz.

 

Muzey-Sərgi Kompleksinin administrasiyası aşağıdakı xidmətləri təklif edir:
- sərgilərin təşkili və keçirilməsi
- təqdimatlar-konferensiyalar
-banket və furşetlər
- özəl tədbirlər
- konsertlər-istirahət gecələri
- dəyirmi masalar
- dəvətnamə, açıqça, afişa və banerlərin dizaynı
- keçirilmiş tədbirlərin foto və video hesabatı

Azərbaycan Rəssamlıq Akademiyası elan edir:

- TQDK-nın proqramı üzrə Azərbaycanın incəsənət kolleclərinə , xarici incəsənət universitetlərinə və magistraturaya qəbul olmaq istəyənlər üçün hazırlıq kursları

- böyüklər və uşaqlar üçün peşəkar və həvəskar rəngkarlıq, heykəltəraşlıq, qrafika, bədii foto, dizayn, memarlıq və kompyuter dizaynı kursları . Kursun sonunda Azərbaycan Rəssamlıq Akademiyasının və Art İmpression sertifikatı təqdim edilir.

Əlaqə nömrələri:

(012) 566 56 69;

(012)567 64 08

Ünvan: Bakı ş. H. Əliyev pr. 24

Azərbaycan Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi

FOTOQALERIYA