SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Kəşfiyyatçı İrza bəy Hacıbəylinski kim olub? - VİDEO

27 Dekabr 2017 [18:31]
4 aprel 1874-cü il tarixində anadan olmuş İrza bəy Hacıbəylinski Birinci Dünya Müharibəsində Vəhşi Diviziya kimi tanınan, Tatar süvari alayının tərkibində daşnaqlara qarşı döyüşüb. Eləcə də general Nuru Paşa ilə Qafqaz İslam Ordusunun tərkibində Bakının azad edilməsində fəal iştirak edənlərdən biri olub. Polkovnik Hacıbəylinskinin həm də 1918-1920-ci illərdə Milli Ordunun formalaşmasında müstəsna rolu olub. Qarayazı süvari polkuna komandirlik edərək, daha sonra Ordu qərargahı general-kvartirmeysteri idarəsinin Əməliyyat-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlib.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra İrza bəy Hacıbəylinski də bolşevik represiyassına məruz qalan qurbanlarımızdan biri olub.

QEYD: Bu günlərdə "Vikipediya” təliminin iştirakçısı tərəfindən onlarla azərbaycanlının,eyni zamanda İrza bəy Hacıbəylinskinin xidmət etdiyi Tatar Süvari Alayı haqqında "İngiliscə Vikipediya”da məqalə yaradılıb - https://en.wikipedia.org/wiki/Tatar_Cavalry_Regiment