SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Doğurdanmı vəzifə, pul-para sizə doğma yurdan şirindi? İlqar Əli (Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İB-nin sədri)

08 Sentyabr 2019 [14:47]
Heç ağlıma gətirə bilmirəm ki, insan öz doğma dədə-baba yurdunun 30 ilə yaxın işqal altında qalmasına, qız-gəlinimizin əsir həyatı yaşamasına bu qədər biganə yanaşa. Məgər Qarabağın taleyi təkcə sosial şəbəkədə bir qrup fəalımı narahat edir?

Nədən Qarabağın ziyalıları, ictimai xadimləri, Millət Vəkilləri danışmırlar?

Nəyə görə ermənilərin bizim torpaqlarımızda həyasız davranışlarını susqunluqla qarşılayırlar?Nəyə görə Qarabağla bağlı açıqlamaları qarabağlı deputatlar deyil, məhz Vahid Əhmədov, Qüdrət Həsənquliyev verməlidir?

Yəni yurd-yuvamızın işqal altında qalması sizi heçmi narahat etmir?

Yəni o doğma yerlər üçün heçmi burnunuzun ucu göynəmir?

Nə vaxta kimi biz Qarabağı mahnılarda, şerlərdə, yeyib içmək məclislərində, iaşə obyektləri adında yaşadacağıq?

Nə vaxta qədər şəxsi və maddi mənafeimizi, vəzifə karyeramızı, ailə səadətimizi Qarabağdan üstün tutacağıq?

Bu qədər yurd həsrəti ilə dünyasını dəyişən soydaşlarımızın çəkdiyi iztirablar sizi heçmi narahat etmir?

Doğurdanmı vəzifə, pul-para sizə doğma yurdan şirindi?

Kimlərinsə xoşuna getsin deyə susmağı, susdurmağı, baş əyməyi, tapşırıq icra etməyi özünüzə və övladlarınıza hətta yaxınlarınıza tərcih etdiniz. Olsun!

O halda sizdən bir xahişim var. Heç olmasa öz yurd-yuvası uğrunda mübarizəyə qalxan insanlara mane olmayın. Onlara işgəncə verməklə heç qorxutmayın. Yaxınlarını işdən qovmaqla heç tehdid etməyin. HEÇ!

Vicdanı olan papağını qabağına qoyub fikirləşsin.
Vaxt yoxdu.
Adımızın tarixə şərəfsiz yazılmasına imkan vermə!