SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Suriya və İraq ermənilərinin Qarabağa yeni axını planlaşdırılır: TƏHLÜKƏ!

08 Sentyabr 2019 [13:32]
Rəsmi İrəvan Suriya və İraqda yaşayan ermənilərin Ermənistana axını üçün yeni layihəyə start verib.
Dunya-az.com erməni mənbələrinə isitnadən xəbər verir ki, Ermənistan hökuməti bunun üçün 7,8 milyon dram miqdarında vəsait ayırıb. 

İraq və Suriya ermənilərinin Ermənistana axınını asanlaşdırmaq üçün həmin şəxsləri bu ölkələrdəki diplomatik nümayəndəlikləri vasitəsi ilə pasportla təmin edən İrəvan, minlərə erməni ailəsinə vətədnaşlıq verib.

 Belə ki, sasəcə son üç ayda 235 nəfər Suriya ermənisinə Ermənistan pasportu verilib. Yeni layihə əsasında daha yüzlərlə İraq və Suriya ermənisinə Ermənistan vətəndaşlığının verilməsi planlaşdırılır.

Onu da qeyd edək ki, rəsmi İrəvan həmin ermənilərin Ermənistanda yerləşdirildiyini iddia etsə də, bu ermənilərin Qarabağda – Azərbaycanın işğal edilmiş torpaqlarında yerləşdirilməsi ehtimalı daha böyükdür. Belə ki, həmin ərazilərin məskunlaşdırılmasında ciddi çətinlikə üzləşən Ermənistanın zəbt etdiyi torpaqları məhz gəlmə ermənilər hesabına məskunlaşdırması ilə bağlı bundna öncə də çoxlu sayda informasiyalar yayılıb. Odur ki, indiki dönəmdə də İraq və Suriya ermənilərin Ermənistana deyil, məhz Qarabağa gətirilməsi ehtimalı daha realdır və rəsmi Bakının bu məsələni diqqət mərkəzində saxlamasında fayda var.

 Seymur ƏLİYEV