SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Rusiyada dəhşətli hadisə: dörd azərbaycanlı diri-diri yandı - VİDEO

30 Iyul 2019 [22:57]
Bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb.
Bununla bağlı Kirov vilayətinin istintaq komitəsi məlumat yayıb.

Bildirilir ki, yanğın istixana kompleksində baş verib. Hadisə zamanı dörd nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizinin yanıb. Məlumata görə, ölənlərin hamısı azərbaycanlıdır. Onlardan biri istixananın sabiq rəhbəridir.

2017-ci ildə istifadəyə verilən və ümumi sahəsi iki hektar olan kompleksdə ümumilikdə 20 işçi olub.

Qəzanın səbəbləri və dəymiş zərərlə bağlı araşdırmalar aparılır.