SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Bu gün Azərbaycan vəkilliyinin yüz illiyidir.

30 Iyul 2019 [22:54]
Bu gün Azərbaycan vəkilliyinin yüz illiyidir. 
Çox təəssüf edirəm ki, bu gün əvvəlki kimi qürurla "mən vəkiləm” deyə bilmirəm. 

Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadədən başlayan mətbuatın başında bu gün Əli Həsənov, Əflatun Amaşov, Vüqar Səfərli kimilər, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl xan Ziyadxanovdan başlayan vəkilliyin başında isə Anar Bağırov, Pərviz Ələkbərov, Muxtar Mustafayev kimilər dayanır. Bu gün hər iki sahə ən rəzil gününü yaşayır. Hərçənd ki, istənilən Dövlətin, Xalqın inkişafında məhz bu iki institutun rolu əvəzsizdir.

На изображении может находиться: 4 человека, борода

Bu gün Əlimərdan bəy Topçubaşova, Fətəli Xan Xoyskiyə, Xəlil bəy Xasməmmədova, İsmayıl xan Ziyadxanova layiq vəkillik yaratmaq arzulayan bütün gənc vəkilləri təbrik edirəm!
Aslan Ismayilov



FOTOQALERIYA