SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

65 min dollar təqaüd qazanan azərbaycanlı tələbə vəfat etdi - Fotolar

29 Iyul 2019 [23:12]
Türkiyənin Bilkent Universitetində təhsil alan azərbaycanlı tələbə İbrahim Abbasov vəfat edib.
Universitetin Mexanika Mühəndisliyi fakültəsində təhsil alan həmyerlimiz iki gün öncə ürək trombundan dünyasını dəyişib.

Qeyd edək ki, İbrahim Abbasov kifayət qədər savadlı tələbə olub. O, vaxtı ilə Sabahın Alimləri yarışmasında qızıl medal qazanıb. Bundan başqa, liseyi qızıl medalla bitirib. Həmin il qəbul imtahanında 665 bal toplayaraq ali məktəbə qəbul olub. 

2016-cı ildə isə Türkiyənin Bilkent Universitetinə 65,000 dollar (110 min 500 manat) ekvivalentli təqaüd qazanaraq pulsuz təhsil alma şansı qazanıb. 4-cu kursa hazırlaşan İbrahim Abbasov universitetin "Yüksək Şərəf” (High Honor) titullu tələbəsi olub.

На изображении может находиться: 1 человек, еда

На изображении может находиться: 1 человек, солнечные очки и часть тела крупным планом