SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Erməni Pənahəli xanın qalasında bayram etdi

29 Iyul 2019 [22:42]
Ermənilər "Ermənistan” adlanan Qərbi Azərbaycanda olduğu kimi, Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında da özlərinin milli, dini bayramı olan "Vardavar”ı qeyd ediblər.

Dunya-az.com moderator.az-a istinadən xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, işğalçılar biri-birini çiləmək, suya batırmaqdan ibarət olan bu bayağı bayramlarını daha gur şəkildə Ağdam rayonunun işğal altındakı Şahbulaq ərazisində yerləşən Pənahəli xanın qalasında, Kəlbəcərdəki Xudavəng, Ağdərədəki Gəncəsar məbədlərində, Xocavənd rayonun Tək və Çartar kəndlərindəki qədim Azərbaycan abidələrində qeyd ediblər. Yalnız Pənahəli xanın qalasında 600 erməni bayram edib…