SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Bu bizə Aprel savaşından daha çox zərbə vurdu – İrəvan

27 Iyul 2019 [18:13]
Türkiyə ilə mövcud olmayan münasibətlər fonunda Gürcüstan və İranla əlaqələr təhlükəsizliyimizə vacib təsir göstərir.
Bunu Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan deyib.

"Rusiya-Gürcüstan müharibəsi Ermənistana Aprel müharibəsindən daha neqativ iqtisadi təsir göstərib. Bununla əlaqədar olaraq biz öz sistemimizi elə etməliyik ki, bu təsirləri minimallaşdırmağı bacaraq”, – deyə o bildirib.

O, Ermənistanın İran və Gürcüstanla münasibətlərinin inkişaf etdiyini, eləcə də İrəvanın bu ölkələrdən heç biri ilə problemi olmadığını deyib.