SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Məqsəd Aprel savaşının qaynar nöqtələrindən olmuş məntəqələrə gediş-gəlişi asanlaşdırmaqdır...

26 Iyul 2019 [14:11]
Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim işğalçı Ermənistan və onun xarici himayədarlarının dəstəyi ilə konstitusyon ərazimizdə mümkün qanunsuz quruculuq-abadlıq işlərini davam etdirirlər.

Moderator.az-ın  əldə etdiyi yeni məlumata görə, işğalçılar Aprel savaşının qaynar nöqtələrindən  biri olmuş Talış və Suqovuşan(Madagiz) məntəqələrinə silahlı qüvvələr, hərbi texnika və mülki əhalinin gediş-gəlişini asanlaşdırmaq üçün yeni yol çəkməyə başlayıb. Həmin yol bir neçə il öncə istifadəyə verilmiş yeni Ağdərə-Kəlbəcər-Basarkeçər avtomobil yolu ilə Suqovuşan-Talış yolunu birləşdirəcək.

Qondarma rejimin "şəhərsalma naziri” hesab edilən Karen Şahramanyan ad-soyadlı adamabənzər məxluqun verdiyi məlumata görə, 10,7 km-lik yolun artıq 2,4 km-i çəkilərək asfaltlanıb. 2019-cu ulin sonunadək yol çəkilişi tamamlanmalıdır.

P.S....

Sultan Laçın