SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Azərbaycanda hər kəsin gözü qarşısında itləri belə güllələdilər - VİDEO

26 Iyul 2019 [14:03]
Tovuz rayonunda küçə itlərini odlu silahla vurub öldürürlər.
Bu barədə hadisə şahidləri redaksiyaya "qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, rayonun Qovlar kəndində parkda küçə itlərini güllələyirlər.

"Dərd orasındadır ki, parkda günün-günorta çağı, insanların gözü qarşısında itləri tüfənglə vururlar. Həm də, parkda sakit yatan, insanlarla heç bir işi olmayan heyvanları vəhşicəsinə güllələyirlər”, - deyə kənd sakinləri şikayətləniblər.

Sakinlər bildirir ki, itləri vuran Tovuz rayon İcra Hakimiyyətinin əməkdaşlarıdır.

Məsələ ilə bağlı Tovuz rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra hakimiyyətinin başçısının I müavini Rəşad Zeynalov mətbuata açıqlamasında bildirdi ki, hadisə barədə məlumatları yoxdur.

"Küçə itlərinin güllələnməsilə bağlı rayon icra hakimiyyətindən heç bir tapşırıq verilməyib. Bu hadisə mütləq araşdırılacaq və nəticələr barədə sizə məlumat veriləcək”, - deyə Rəşad Zeynalov bildirib.

İtlərin güllələnməsi anının görüntülərini təqdim edirik. Ürəyi zəif olanların bu kadrlara baxması məsləhət deyil.

Ziya SƏCCAD