SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

7 ictimai çimərliklərin yaradılması istiqamətində işlər aparılır. Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək

26 Iyul 2019 [12:58]
Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, "Bakıda "Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ictimai çimərliklərin yaradılması istiqamətində işlər aparılır. Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək".

Çimərlik mövsümü qurtarır, bunlar isə hələ də nağıl danışırlar. Elə bu adam az əvvəllər bildirirdi ki, Bakıda bütün çimərliklər pulsuzdur. Görəsən bunlar öz yalanlarından utanmırlarmı?! Dünən Bilgəhdə "dal dəniz” adlanan yerdə batan 4 nəfərin faciəsinin səbəbkarı da həmin çimərlikləri dədə malı kimi mənimsəyənlərdə və rüşvət müqabilində buna göz yuman məmurlardadır!

Söhbət tək çimərliklərdən yox, bütövlükdə Xəzər dənizinin hasarlanmasından gedir. Güclü və davamlı ictimai tələb olmasa bunlar beləcə nağıl danışmaqda davam edəcəklər, çünki bir metr belə rüşvət verilmədən zəbt edilə, hasarlana bilməzdi. Həmin hasarları sökməyə başlayanda milyonlarla rüşvət verənlər bağırıb pullarını geri tələb edəcəklər. Məsələnin kökü budur!
Aslan Ismayılov