SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Müdafiə naziri hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında olub

25 Iyul 2019 [16:39]
Müdafiə Nazirliyinin rəhbərliyi, aidiyyəti qurumların və xidmətlərin nümayəndələrindən ibarət qrup qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.

Nazirlikdən mətbuata verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib.