SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Məmur oğlu 2 milyonluq saat taxır, kimsəsiz ana parkda gecələyir - Şok video

23 Iyul 2019 [18:25]
Bərdənin bu parkında vaxtilə gözdən əlil Nazilə Musayeva övladı ilə gecələyirdi
Sensasiya TV rəhbəri Xəyyam Salmanzadə deyir ki, xalqın və dövlətin dəstəyi ilə problemləri həll olunan Nazilədən sonra bu parka baş çəkmirdi.

Amma aylar sonra onu bu xiyabana dartıb gətirən səbəb 62 yaşlı Roza xanım olub. Roza ana pulsuzluqdan parkda gecələyir, günortalar ağacın arxasında gizlənir ki, kimsə görməsin.

"Çörək almağa pul tapmıram, kirayəni necə verim? Ayda 30 manat verirdim, indi o da yoxdur. Oğulsuz anayam, heç kimim yoxdur.

Bir qızım var, ona qaynanası imkan vermir ki, mənə kömək eləsin. Kürəkəni də anası evindən çıxarıb, heç balalarına baxa bilmir.

Mən məhlədə, qapılarda işləyirəm. Biri qənd verir, biri çörək verir. Kiminsə qapısına nə qədər getmək olar? Ondansa parkda ölərəm”, - deyə 62 yaşlı Roza ana göz yaşları içində dərdini bölüşür.