SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

“Hazırda rüşvətə qurşanmış elə şəxslər var ki…” – Millət vəkili

23 Iyul 2019 [14:04]
"Cənab prezidentin məhkəmələrlə bağlı vermiş olduğu fərman 3 aprel tarixində məhkəmə-hüquq sahəsində islahatların daha da dərinləşdirilməsi ilə bağlı vermiş olduğu fərmanın tərkib hissəsidir”.

 Bunu "Yeni Sabah”a açıqlamasında millət vəkili Çingiz Qənizadə prezident İlham Əliyevin İnzibati-İqtisadi Məhkəmələrini ləğv edilməsi və kommersiya məhkəmələrinin yaranması ilə bağlı fərmanını şərh edərkən deyib. Millət vəkili bildirirb ki, fərmanla daha 200 hakim ştatı və kommersiya hakimləri təsis olunmalıdır.

"Buna müvafiq olaraq, iqtisadi-inzibat məhkəmələri ləğv edilərək artıq onun fəaliyyəti ayrıca inzibati və kommersiya fəaliyyəti olacaq. Bu baxımdan da məhkəmələrin adının dəyişdirlməsi və yeni kommersiya məhkəmələrinin yaradılması fərmanın tərkib hissəsi olaraq həyata keçirilir”.

Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovun ötən gün məhkəmə sistemi ilə bağlı açıqlamasına münasibət bildirən Ç. Qənizadə qeyd edib ki, bu məhz oxucu kütləsi üçün nəzərdə tutulmuş böyük şərh idi. Orda qeyd olunan məsələlər oxucunu bu fərmanlı bağlı məlumatlandırır, savadlandırır, ona aydınlıq gətirir:

"Kadr islahatların aparılması ilə bağlı mən ilk gündən yerli televiziyalarda və mətbuatda çıxış edərkən qeyd etmişəm ki, məhkəmə hakimiyyətində kadr islahatları aparılmadan nəticələr əldə etmək mümkün olmayacaq.

Çünki hazırkı məhkəmə hakimiyyətində olan korrpusiyaya və rüşvətə qurşanmış, bulaşmış şəxslər var ki, onlar bu islahata qarşı çıxacaqlar və öz çirkin peşələrindən yayınmayacaqlar. Yəni, davamlı olaraq, necə işləyib, necə çalışıblar, ona uyğun şəkildə də çalışmağa cəhd edəcəklər.

Cənab prezidentin bu cür islahatlarına müəyyən maneçilik törətmək cəhdləri həmişə hiss olunur. Kadr islahatları olduqca vacibdir. Təklif edirəm ki, əvvəllər 20-25 il məhkəmədə işləyib sədr vəzifələrinə təyin edilmiş şəxslər müasir gənclərlə əvəz olunsun. 30-35 yaşı olan gənclər irəliyə çəkilməlidir, onların qarşısına şərtlər qoyulmalıdır: rüşvət olmayacaq, korrupsiya olmayacaq, ədalətsiz qərar çıxarılması olmayacaq. Belə olan halda onlar xaric ediləcəkdir.

Eyni zamanda cəmiyyətin də məhkəmə hakimiyyətində haqsızlığına qarşı reaksiyası güclənməlidir. Düzdür, məhkəmədə olan bəzi işlərə mətubat vasitəsi ilə qanuni qərarları da şübhə altına almağa çalışanlar olur, amma redaksiyalarda olan hüquqşünasların ilkin baxışından sonra onlara qarşı cəmiyyətdə etiraz olmalıdır. Aksiya keçirilməlidir. Demirəm ki, küçələrə çıxıb kütləvi aksiya keçirisinlər, birində olan yazı digərləri də dəstəklənməli, heç nədən çəkinməməlidirlər.

Biz bunları ifşa etməklə istədiyimiz hakimiyyətin formalaşmasına gətirib çıxarmalıyıq. Yeri gəlmişkən, Azərbaycanın 35 ziyalısı məhkəmələr tərəfindən Şahin Ağayev adlı şəxsin haqqının pozulması ilə bağlı prezidentə müraciət edib.

Bəzi mətbuat orqanları bunu yazmaqdan çəkinirlər, bəziləri qeyd edir ki, burda Ramiz Rzayevin adı var, bəziləri də deyir ki, biz bunu verə bilmərik. Axı biz bu məsələlərə loyal münasibət bildirməklə islahatlara kömək etmiş olmuruq.

Bu baxımdan kadr islahatları vacibdir. Fuad müəllimin dünənki yazısındakı məsələləri dəstəkləyirik. Ümid edirik ki, yaxın aylarda məhkəmə hakimiyyətində köklü kadr islahatların şahidi olacağıq. 

Hakimiyyətdə yarıtmaz fəaliyyət göstərən insanların yerinin dəyişdirilib başqa qrumlarda işə təyin olunması da məqsədəuyğun olmazdı. Təmiz, gənc, perspektivli insanlar məhkəmə hakimiyyətinə gətirilməli və nöqsanlar aradan qaldırılmalıdır”.