SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Ermənistan sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub

22 Iyul 2019 [13:02]
Sutka ərzində atəşkəs rejimini 16 dəfə pozulub...
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub.

Bu barədə mətbuata Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Cəvahirli, Mərzili, Füzuli rayonunun Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.