SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Merkel məzuniyyətdə oxuyacağı kitabı seçdi: "Titrəyən qadın"

21 Iyul 2019 [14:15]

Almaniyanın kansleri Angela Merkel 28 günlük məzuniyyətə çıxır.




Dunya-az.com xarici mediaya istinadən bildirir ki, baş nazir məzuniyyətə 20 iyulda keçiriləcək rəsmi görüşdən sonra gedəcək. O, Alp dağlarında istirahət edəcək.

Merkel özü ilə Siri Hustvedtin  "Titrəyən qadın” adlı kitabını da aparacaq. Bu əsərin baş qəhrəmanı eynilə Merkel kimi titrəmədən əziyyət çəkən qadındır.


Xatırladaq ki, Merkel nadir xəstəliklərdən olan ortostatik tremmordan əziyyət çəkir. Bu da onun ictimaiyyət qarşısında titrəmə keçirməsinə səbəb olur. Kansler dünən səhhəti ilə bağlı açıqlama verərək yaxşı olduğunu bildirib.