SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Deputat Mübariz Mənsimovla fotosundan danışdı: “Kimsənin puluna ehtiyacım yoxdur”

21 Iyul 2019 [13:48]
Milli Məclisin deputatı Fəzail Ağamalı azərbaycanlı iş adamı Mübariz Mənsimovla Türkiyədə bir yerdə çəkilən fotosundan danışıb. 

Deputat Demokrat.az-a açıqlamasında sözügedən fotonun oteldə deyil, restoranda çəkildiyini bildirib:

Deputat Mübariz Mənsimovla fotosundan danışdı:

"O foto restoranda çəkilib. Biz bir yerdə yemək yemişik. Mənim Mübariz Mənsimovla bir yerdə oturub yemək yeməyim və foto çəkdirməyim nə vaxtdan böyük hadisə olub ki, sosial şəbəkələrdə bu qədər müzakirə olunur? Axı burada nə var? 

Mənim kimsənin puluna ehtiyacım yoxdur. Fəzail Ağamalının öz problemlərini həll etməyə kifayət qədər imkanı və hörməti var. Mən kiminləsə oturub-dururamsa və çörək yeyirəmsə, hər kəs bunun arxasında hər hansı təmənna axtarmasın? 

Hamı bunu öz arşını ilə ölçməsin? Fəzail Ağamalı heç bir təmənnaya sığan kişi deyil".

Xatırladaq ki, "Palmali" Holdinqin prezidenti Mübariz Mənsimovun Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ilə bir yerdə çəkdirdiyi fotosunu paylaşması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.