SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Xəzəri hasarlayanlar bunlardır -ADLAR

20 Iyul 2019 [21:04]
Siyasi mühacir, Meydan TV-nin əməkdaşı Həbib Müntəzir özünün feysbuk səhifəsində Xəzər dənizini hasara alan məmurların adlarını yazaraq, onlara məxsus ola obyektlərin siyahısını ayınlayıb.

Sozcu.az həmin informasiyanı təqdim edir:

Telekanallarda, saytlarda Xəzəri hasara alanları vəzifəlilər və işadamları kimi təqdim edib, adlar filan çəkmədən, onların həbsi, cəzalanması filan barədə müəmmalı söhbətlər edirlər. Etmədim tənbəllik, kiçik bir araşdırma ilə adları da yazıram.

Dövlət bacarırsa, həmin o kanal və saytların da cəsarəti çatırsa, dəqiqləşdirib yaysınlar. Mümkünsə siz də paylaşın, ictimailəşdirək, Qarabağı azad edə bilmirik, heç olmasa Xəzər bu işğalçılardan azad olsun.

▪️Şıx çimərliyi ərazisində fəaliyyət göstərən "Min bir gecə” İstirahət Mərkəzi deputat Hüseynbala Mirələmova məxsusdur.

▪️Şıx çimərliyindəki "Aysberq” istirahət mərkəzi, İsmayılov Səftər Tofiq oğlunun adınadır. İlham Əliyevin "Tərəqqi” medalı verdiyi bu şəxs, "Azəravtoyol” ASC-də çalışan yüksək vəzifəli məmurdur.

▪️Şıxovdakı "Eldorado” çimərliyinin isə sabiq vergilər naziri Fazil Məmmədova aid olduğu deyilir.

▪️Qafqaz Sahil Otel (Lənkəran), Jalə İstirahət mərkəzi (Xaçmaz), Çimərlik istirahət mərkəzi (Mərdəkan), İcarə obyekti (çimərlik) (Mərdəkan) bunlar hamısı FHN rəhbəri Kəmaləddin Heydərovundur.

▪️Şüvəlandakı sahil boyu bəzi çimərliklər Rövnəq Abdullayevə məxsusdur.

▪️Nardaran, Kürdəxanı və Pirşağı ərazilərindəki sahillər isə Paşayev-Ağalarov ailələri şirkətlərinə məxsusdur.

▪️Buzovnada 10 hektardan çox ərazi parlamentin spikeri Oqtay Əsədova məxsusdur. Ərazidə Oqtay müəllimin Xəzərə açılan villası ilə birgə, özünün "Eko-Bağ” adlandırdığı parniklər, badamlıq və mini-atıcılıq da mövcuddur. Oqtay Әsәdovun Mәrdәkanda, Şüvәlanda, Bilgәhdә də imarətləri var.

▪️Novxanının demək olar ki, ən gözəl yerində, üzü dənizə baxan təpənin yamacında yerləşən villa Prezident Administrasiyasının rəbəri Ramiz Mehdiyevə məxsusdur. Onun qonşuluğunda polis rəisləri, nazir-məmurların villaları var. Məsələn Şuşanın icrabaşı Bayram Səfərovun villası da Novxanıdadır və Xəzərin sahilindədir, hasarların içində.

▪️Qaradağ rayonu Sahil qəsəbəsinin yaxınlığında, düz Xəzər dənizinin kənarında sabiq nəqliyyat naziri Ziya Məmmədovun böyük villası var. Qonşuluğundakı villa isə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanova məxsusdur.

▪️Pirallahı rayonunda Türkan qəsəbəsində Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun villası mövcuddur.

▪️Xəzər sahilində, Astara terminalındakı ərazilər Allahşükür Paşazadəyə aiddir.

▪️Lerik-Lənkəran yolunda "Relax” istirahət mərkəzi AMEA Magistratura şöbəsinin müavini Ramin Əyyar oğlu Həsənovun adına qeydiyyatdadır.

▪️Lənkəranda yerləşən "Palıdlı Sahil” (Titanik) İstirahət Mərkəzi deputat Hadı Rəcəbliyə məxsusdur.