SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Azərbaycanda ziyarətə gedənlərin maşını AŞDI

20 Iyul 2019 [17:17]
Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Dunya-az.com APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndi ərazisində baş verib.

"Toyota Prado” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan şəhər xəstəxanasına aparılıb.

Qeyd edilir ki, avtomobildə olanlar "Pir Hüseyn” xanəgahına ziyarətə gedərkən qəzaya uğrayıblar.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.