SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Binəqədidəki atışma “Emin 444”ün qısasıdır? - VİDEO/FOTO

09 Iyun 2019 [01:00]
Xəbər veridiyimiz kimi bu gün axşam saat 19:00 radələrində Binəqədi rayonunda qətl hadisəs biş verib.
Kriminal avtoritet Mübariz Budaqlı Rəsulzadə qəsəbəsində avtomobildə güllələnib.

Hadisə kriminal dairələr arasındakı münaqişədən qaynaqlanır. Hətta baş verən hadisənin "Emin 444” və ya "Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətli ilə əlaqəli olduğu da ehtimal edilir. Versiyalardan biri budur ki, kriminal dairələr "Emin-444"-ün qisasını alıblar.

Xatırladaq ki, mayın 9-dan 10-na keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində əvvəllər məhkumluğu olan Səfərov Emin Ehtiram oğlu qətlə yetirilib. Bir neçə nəfər arasında düşən davanın gedişatında E.Səfərov 40-a yaxın bıçaq zərbəsi alaraq hadisə yerində keçinmişdi.

Qeyd edək ki, 2017-ci ildə 1976-cı il təvəllüdlü Mübariz Budaqlı adlı şəxs İnterpol xətti ilə axtarışa verilib. Hazırda ölən şəxsin sözügedən Mübariz Budaqlı olub olmaması barədə araşdırma aprılır.