SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

"Ukrayna itirdiyi əraziləri geri qaytaracaq" - Zelenski

20 May 2019 [21:53]
"Bu müharibəni biz başlamadıq, lakin biz bu müharibəni bitirəcəyik”.
Bu sözləri Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski andiçmə mərasimində çıxışı zamanı deyib. 

O qeyd edib ki, onun ilk vəzifələrindən biri Donbasda atəşkəsə nail olmaq olacaq.

"Bu həqiqətdir ki, tarix ədalətli deyil. Bu müharibəni biz başlamadıq, lakin biz bu müharibəni bitirəcəyik. Biz dialoqa hazırıq. Lakin mən əminəm ki, dialoqa başlamaq üçün ilk addım atılmalı və bütün ukraynalı əsirlər geri qaytarılmalıdır", - deyə Zelenski qətiyyətlə bildirib.