SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Gürcüstana ən çox benzini bu ölkə verir - Azərbaycan isə...

18 May 2019 [22:06]
2019-cu ilin ilk dörd ayında Gürcüstana ən böyük benzin və dizel tədarükçü Rusiya olub.
Bu məlumatı Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqı yayıb.

Məlumata görə, cari ilin ilk dörd ayında Rusiyada 100,6 ton benzin idxal edilib ki, bu da ümumi importun 31,5%-ni təşkil edib. Bunun da nəticəsində son bir neçə ildə Gürcüstana neft idxalında liderlik Rumıniya ilk pilləni itirib. İkinci yerdə qərarlaşan Rumıniyanı Azərbaycan, Bolqarıstan, Türkmənistan izləyib.

Ümumilikdə cari ildə neft məhsulları idxalı 318,9 min ton təşkil edib ki, bu da keçən ilin analoji dövrüylə müqayisədə 3,3% az olub. Azalmaya əsas səbəbin dizel yanacağının importunun azalması göstərilib. Buna əsas səbəb kimi isə dizel yanacağın Gürcüstandan Türkiyəyə təkrar ixracının azalması, eləcə də hibrid avtomobillərinin sayının kəskin artımı təqdim edilib.