SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Putin açıqlama verdi - İran müqavilədən çıxarsa...

16 May 2019 [13:22]

İran nüvə müqaviləsindən çıxdığını bəyan edərsə, hər kəs ABŞ-ın müqaviləni ilk tərk etdiyini unudacaq.
Bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

"İndi deyəcəyim sözlər bəlkə də avropalı dostlarımızın xoşuna gəlməyəcək, ancaq diplomatiyadan kənar bir şey söyləyəcəyəm. Amerikalılar geri çəkilir, razılaşma pozulur və Avropa ölkələri iqtisadiyyatdakı itkiləri aradan qaldırmaq üçün İranla bağlı heç bir şey edə bilmir. 

Ancaq İran müqaviləni tərk etsə, hər kəs ABŞ-ın müqaviləni ilk tərk edən tərəf olduğunu unudacaq və hər kəs məsuliyyəti İranın üzərinə atacaq. Dünya ictimaiyyəti də bu istiqamətdə hərəkət edəcək", - Putin qeyd edib.