SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

“Emin 444”ün qətlində yeni DETALLAR: Dünya çempionu tutuldu

16 May 2019 [09:55]
Binəqədi rayonunda törədilən, son illərin ən qəddar cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirirlər. 
İstintaq-əməliyyat tədbirləri nəticəsində "Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub.

Bu haqda ”Yeni Müsavat"a daxil olan məlumatı Binəqədi Rayon Prokurorluğundan təsdiqləyiblər. Bildiriblər ki, hazırda qətllə bağlı istintaq davam edir. Qəddar qətldə iştirak etmiş şəxslərin dairəsinin müəyyən olunması və hər bir iştirakçının istintaqa cəlb edilməsi üçün intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Femida.az xəbər verir ki, öldürülən Emil Səfərovun anası Məlahət Səfərova "Yeni Müsavat”a qətllə bağlı açıqlama verib, baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb:

 "Mənim oğluma qarşı cinayətin təşkilatçısı Zaur Yusifovun atasıdır. Oğlumun qətlinin planını Zaur Yusifov cızıb, atası Əli Yusifov oğlumun aldadılaraq onların qapısına aparılmasını təşkil edib. Zaurun bacısı oğlu Vüqar, Zaurun qardaşı Zamin cinayətin iştirakçılarıdır. Bunun şahidləri də var. Oğluma 78 bıçaq vurublar”.