SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Kreml Ukraynanın Rusiyaya qarşı yeni ticarət sanksiyalarına münasibət bildirib

15 May 2019 [15:36]
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevin Moskvanın tədbirlərinə cavab olaraq Rusiyaya qarşı tətbiq etdiyi yeni qadağalarına münasibət bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının daha əvvəl qəbul etdiyi qərarlar məhz Ukrayna hakimiyyətinin qərarının nəticəsidir.

Dunya-az.com-un RİA"novosti"yə istinadən xəbər verir ki, Peskov, "Kremlin Ukrayna Nazirlər Kabinetinin yeni qadağalarına münasibəti necədir, onlara cavab veriləcək yoxsa Ukraynada hakimiyyətin dəyişdirilməsi və yeni prezidentin inauqurasiyasının keçirilməsi gözləniləcək" sualını belə cavablandırıb:

"İlk olaraq unutmamalıyıq ki, Rusiya tərəfinin əvvəlki qərarları məhz Ukrayna hakimiyyət orqanlarının fəaliyyətindən qaynaqlanıb", Peskov deyib.