SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

İran nüvə sazişinin bəzi bəndlərinin icrasını rəsmən dayandırdığını elan edib

15 May 2019 [14:58]
B.Samid. İranın Atom Enerjisi Təşkilatı nüvə sazişinin bəzi bəndlərinin icrasının rəsmən dayandırıldığını elan edib.
Dunya-az.com İranın dövlət telekanalına istinadla xəbər verir ki, bu barədə Atom Enerjisi Təşkilatının mənbələri məlumat veriblər.

Bildirilib ki, hökumətin, ABŞ-ın addımlarına cavab olaraq və Avropanın öhdəliklərinə əməl etməməsindən irəli gələrək öncəki qərarı rəsmi şəkildə həyata keçirilməyə başlayıb və nüvə sazişində iki bəndin icrası dayandırılıb.

Qeyd edək ki, bu bəndlərdən biri İrandan tələb edirdi ki, 300 kq-dan artıq zənginləşdirilmiş uranı satsın. Digər bənd isə İrandan tələb edirdi ki, ağır suyun 130 tondan artığı saxlanılmamalı, digər ölkələrə satılmalıdır. İran son addımı çərçivəsində qarşı tərəfə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 2 ay möhlət verib.

 Rəsmi Tehran bildirib ki, iki ay ərzində neftin ixracı və bank məsələləri ilə bağlı öhdəliklər həllini tapmasa nüvə sazişinin daha iki bəndinin icrasını da dayandıracaq.